Sumqayıtda ictimai nəqliyyat vasitələrində “Nəqliyyat könüllüləri” qrupu yaradılıb

1151

Sumqayıtda ictimai nəqliyyat vasitələrində sürücülər və sərnişinlər arasında düzgün ictimai davranış qaydalarının təbliği məqsədilə “Nəqliyyat könüllüləri” qrupu yaradılıb. Maarifləndirici layihə Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb. “Nəqliyyat könüllüləri” qrupunda şəhərin müxtəlif sahələrini təmsil edən ictimai fəal gənclər iştirak edir.

Qrupun təqdimatında çıxış edən şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov vurğulayıb ki, layihənin həyata keçirilməsində əsas məqsəd ictimai nəqliyyatda sürücü və sərnişin məsuliyyətini artırmaq, qayda-qanuna riayət etmək və bununla da daha rahat və təhlükəsiz sərnişindaşımaya nail olmaq, digər mövcud problemləri aradan qaldırmaqdır.

Bildirilib ki, şəhər ərazisində gedən abadlıq-quruculuq işləri çərçivəsində nəqliyyat sistemi də təkmilləşır. Belə ki, Sumqayıtda sakinlərin mənzil başına rahat və təhlükəsiz çatdırması, gediş-gəlişi rahat təmin etmək üçün müasir tipli nəqliyyat vasitələrindən istifadə olunur.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinin rəisi Seyfulla Əsədullayev şəhərə 101 yeni avtobusların gətirildiyini bildirib. O, “Nəqliyyat könüllüləri” qrupu işinə cəlb olunan gəncləri Baş İdarə və Nəqliyyat Departamenti əməkdaşlarının müşayiəti ilə nəqliyyat vasitələrində sürücü və sərnişinlərin ictimai mədəni davranış qaydalarına riayət etmələri ilə bağlı təbliğat işini aparacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər