Sumqayıtda itən çobanın meyidi kanaldan tapıldı

602

Avqustun 26-da Sumqayıtın H.Z.Tağıyev qəsəbəsi ərazisində itkin düşən çobanın meyidi tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. “OLAYLAR”ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, həmin gün Kəlbəcər rayon sakini Mehriban Nuriyevaya məxsus “Kəndli Fermer” təsərrüfatının ərazisindən orada çoban işləyən Novruz adlı şəxs itkin düşüb. Çobanın meyidi avqustun 27-də suda boğulmuş vəziyyətdə Samur-Abşeron su kanalının Abşeron rayonunun ərazisindən keçən hissəsində tapılıb. Sumqayıt şəhəri 2-ci PB əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində onun Şəki rayon sakini Novruz Yunisov olması müəyyən edilib. Araşdırmalar aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər