Sumqayıtda Metallurgiya kompleksi tikiləcək – 2000 yeni iş yeri

688

“Baku Steel Company” və İtaliyanın “Danieli” şirkətləri arasında bağlanan müqaviyəyə əsasən, Sumqayıtda metallurgiya kompleksi tikiləcək. sumqayitxeber.com  Fins.az-aistinadən xəbər verir ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məlumat verib.
Bildirib ki, müqavilənin dəyəri 1,2 milyard avrodur. Müqaviləyə əsasən, Azərboru ASC-nin ərazisində 5 müəssisədən ibarət metallurgiya kompleksi tikiləcək.
Artıq tikintinin hazırlıq işlərinə başlanılıb. Bu müəssisələrdə 2 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulur. Cəmi investisiya qoyuluşu təqribən 2,3 milyard dollar olacaq.
Qeyd edək ki, kompleksdə istehsalı nəzərdə tutulan metallurgiya məhsulları bu gün ölkəmizə xaricdən idxal olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər