Sumqayıtda narkotik maddə aludəçisi və kabel oğrusu yaxalandı – VİDEO

633

Araşdırma zamanı saxlanılan şəxsin üzərindən 466.2 qram çəkidə narkotik  vasitə olan marixuana aşkar edilib.

 Sumqayıt şəhər Polis Idarəsinin əməkdaşlarının keçirdiyi  əməliyyat axtarış tədbirləri nəticəsində 42-  ci məhəllə, ev 16, mənzil 1-də yaşayan 1982-ci il təvəllüdlü Süleymanov Emin Malik oğlundan 466.2 qram çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.  Qeyd edək ki, saxlanılan şəxs 2005-ci ilde Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkumluq həyatı yaşayıb. Faktla bağlı cinayət işi acılıb , arasdırmalar davam edir.

Sumqayıt polisi  həyata keçirdiyi  digər əməliyyat tədbirləri nəticəsində isə parklarda işıq kabellərini oğurlamaqda şübhəli bilinən 2 nəfərdən birini ələ keçirib.

Sumqayıt polisi “Nəsimi” adına mədəniyyət istirahət parkında işıqlandırma məqsədi ilə quraşdırılan elektrik dirəklərinin kabellərinə qənim kəsilən iki nəfərin izinə düşüb. Aparılmış araşdırma zamanı oğurluq hadisəsi törədənlərin 1986-cı il təvəllüdlü Amuranov Roman Namiq oğlu və 1987-ci il təvəllüdlü Ələkbərov Namiq Ələkbər oğlu olduğu müəyyən edilib. Onlardan biri,Roman Amuranov isti izlərlə ələ keçirlib.  Saxlanılan şəxs oğurluğu imkansızlıq ucbatından törətdiklərini  deyib.

Digərinin tapılaraq tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam edir. Saxlanılan şəxsin sözlərinə görə, iki yoldaş gecə saatlarında Sumqayıt şəhər 1-ci məhəllə istiqamətində  Nəsimi adına istirahət parkında küçəni işıqlandırmaq üçün nəzərdə tutulmuş işıq dirəklərinə məxsus  300 metr elektrik kabelini oğurlayıblar.

Qeyd edək ki,saxlanılan şəxs daha əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırmalar davam edir.

Dunyatv.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər