Sumqayıtda oğurluqda ad çıxarmış şəxs həbs olunub – VİDEO

626

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri daha bir uğurlu əməliyyat nəticəsində şəhər ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən Ceyhun Fyodorov saxlanılıb.
C. Fyodorovun ətrafında Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari ilin aprel-iyul ayları ərzində şəhər ərazisində 1 evin qarşısından velosiped və təmir-tikinti alətləri, 1 evdən 605 manat pul və qızıl əşyalar, 1 evin həyətindən geyim əşyaları, şəhər sakini olan bir nəfərin 10 000 ABŞ dolları, 700 manat və 40 avro pulunu, 1 qarajdan qaynaq aparatı, habelə binalardan birinin girişindəki liftin əyləc dodağını və mərasim zallarından birindən samovar oğurlaması da müəyyən edilib.
sumqayitxeber.com -a verilən məlumata görə, qeyd edilən faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştiraklarının olmasını da istisna etmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sumqayıt ŞPİ-nə müraciət edə bilərlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər