Sumqayıtda Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması ilə bağlı seminar keçirildi

1941

Sumqayıtda «Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması işinə dəstək» layihəsinə start verildi.

19-20 may 2018-ci il tarixlərində Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt tələbələri” İctimai Birliyi tərəfindən «Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması işinə dəstək» layihəsinin açılış mərasimi və ilk təlimləri baş tutdu.
“Sumqayıt tələbələri”İctimai Birliyinin sədri Rüfət Mahmudzadə təlim iştirakçılarınısalamladı, layihənin məqsədləri – gənclər arasında informasiya texnologiyalarından düzgün faydalanmanın təbliği və Virtual Ensiklopediya olan Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması barədə məlumatlandırdı.
Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul içisi Eyvaz Qocayev internetdən istifadə edən gənclərin bilik və bacarıqlarını milli maraqların müdafiəsi istiqamətində fəaliyyətə dair təşəbbüslərə cəlb etməyin, vikipedia üzrə bilik və bacarıqları artırmağın və eyni zamanda vikipediyanı kütləviləşdirməyin vacibliyini qeyd etdi.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov layihənin aktuallığını vurğuladı və gənclərə bu istiqamətdə daha fəal olmaqlarını tövsiyyə etdi.
Təlimtəhsil və İKT sahəsində ekspert və təlimçi Ramil Süleymanov tərəfindən keçirildi. Eyni zamanda təlim iştirakçılarınaveb 2.0 texnologiyaları, sosial şəbəkələrdən istifadə, sosial şəbəkələrin xüsusiyyətləri, vikipediyada redaktə bacarıqları, məqalələrin yerləşdirilməsi kimi məlumatlar interaktiv olaraq təqdim olunmuşdur.
Təqdimat gəncələr təşkilatlarının nümayəndələri, aktiv gənclər və kütləvi informaisya vasitələrinin nümayəndələri iştirakı iləkeçirilmişdir.
Layihə çərçivəsində təlimlərdəSumqayıt şəhərindən 245 nəfər gəncin iştirakı nəzərdə tutulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər