Sumqayıtda “Şaxsey-Vaxsey” sədaları

1068

IMG_0906Standard” – “Bakı” matçından sonra iki komanda azarkeşləri arasında münaqişə baş verib

Bu gün Sumqayıt şəhərindəki Mehdi Hüseynzadə adına şəhər stadionunda Unibank Premyer Liqasının XIII turunun “Standard” – “Bakı” matçından sonra azarkeşlər arasında münaqişə baş verib. Lent.az-ın hadisənin canlı şahidi olan əməkdaşının verdiyi məlumata görə, 84-cü dəqiqədə Aleksandr Şoliçin qolu nəticəsində 2:4 hesabı ilə geri düşən “Standard”ın 1000-dək azarkeşinin çoxu meydançanı tərk edib.

Onlar stadionun çölündə “Bakı”nın 50-dək fanatını gözləyiblər. Qonaq komandanın tərəfdarları əks tribunada tutduqları yerlərini qarşılaşmadan sonra tərk ediblər. Onlar bayırda duran mikroavtobusa minmək istədikləri vaxt sumqayıtlı fanatların hücumuna məruz qalıblar. Yerli azarkeşlər “Bakı” tərəfdarlarını daşa basmağa cəhd ediblər. Onların qarşısını polislər alıb. Bu vaxt “Bakı” fan-klubunun rəhbəri Ruslan Hənifəyev sumqayıtlı azarkeşlərlə söz mübahisəsinə çıxıb.

Mikroavtobus stadionun hüdudlarını polis nəzarəti altında tərk edib. İnsident zamanı xəsarət alan olmayıb. Oyun “Bakı”nın 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, oyun zamanı “Standard” azarkeşlərinin iştirakı ilə daha bir maraqlı hadisə baş verib. Sumqayıtlı fanatlar hesab 2:2 olarkən, “Bakı”nın oyununu “Şaxsey-Vaxsey” deyə lağa qoyublar.

Elşən Məmmədov , LENT.AZ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər