Sumqayıtda turizmin inkişaf perspektivləri

6394

Sumqayıtda turizmin inkişafı üçün təkliflər

Faiq HÜSİYEV, Əməkdar jurnalist

2017-ci il fevralın 20-də Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam və burada əks olunan müddəalar tək ölkəmiz üçün deyil, eyni zamanda, bizimlə dost münasibətdə olan qonşu dövlətlərin turizm sənayesinin inkişafı üçün də stimullaşdırıcı əhəmiyyət daşıyır.Eyni zamanda Prezidentin  2017-ci ilin 30 mart tarixli sərəncamı ilə çimərlik turizminin inkişafına dair tədbirlər planının təsdiq edilməsi  yay mövsümü öncəsi böyük aktuallıq kəsb edir.

Əslində Sumqayıtın çimərlik turizmində əsaslı payı olan şəhərlər siyahısına daxil olma şansları böyükdür. Bu şəhərdə son illər ərzində aparılan quruculuq və abadlıq işləri,yenilənmiş infrastruktur vaxtında reallaşdırılmış məqsədyönlü layihələrdəndir. Məlumdur ki, bu şəhərin dəniz sahili  boyu təkrarsız relyefi var. Bu unikal sahil zolağını təmiz saxlamaq və şəhər çimərliklərini bərpa etmək lazımdır. Bu məqsədlə ilk növbədə sahilboyu çimərlik ərazilərdə suyun nisbi təmizliyi üçün Sumqayıt aerasiya stansiyasını tam gücü ilə işlətmək lazımdır.

Biz orta və aşağı dəyərli turist paketləri sahəsində ixtisaslaşıb xeyli yeni iş yerləri aça bilərik. Bu heç də utopiya deyil, sadəcə bu yöndə əsaslı- planlı şəkildə işləmək lazımdır. Hər xırda detalı nəzərə alıb ,bu sahədə-yeni turist məhsullarının təklifi sahəsində  vətəndaş təşəbbüslərini də düzgün qiymətləndirmək vacibdir.

Bu  məqsədlə təklif edirəm ki, Sumqayıtın   brend-menecer  postu yaradılsın! Əslində Brend menecer turizm infrastrukturuna malik olan hər bir şəhərimiz üçün lazımdır.

Bu gün Sumqayıtın müasir- tullantısız  sənayə mərkəzi kimi inkişafı çox sevindiricidir.Amma  bu şəhərin çimərlik turizmi üçün böyük cəlbedici potensialı  ,həmçinin  müalicəvi turizm imkanları da var .  Bundan  düzgün istifadə etməklə əsaslı  nəticələr əldə etmək olar.Stabil inkişaf edən turizm sənayesi xidmət sahəsini inkişaf etdirməklə  paralel olaraq yeni investorlar üçün münbit mühit də yaradır.Bu eyni zamanda şəhər sakinlərinin doğma məkana məhəbbət hissinin daha dərindən formalaşmasına , inkişafına təkan verəcək  və Sumqayıtın müsbət imicini formalaşdıracaq!

 Öz şəhərləri ilə fəxr edən,öz şəhərlərinə bağlılıqlarını dərk edən  və nəhayət , özlərini bu şəhərin tərkib hissəsi sayan  sakinlər isə hər uğura imza atmağa qadirdirlər.Unutmayaq ki, nisbətən kiçik şəhərlərdə insanlar daha mütəşəkkill olur ! Biz azərbaycanlılar onsuz da qonaqpərvərik.Amma turist axınının sürətləndirilməsi üçün sakinlərimiz arasında müasir düşüncə və ünsiyyət tərzini də formalaşdırmaq lazımdır.

Bu gün üçün Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin turistlərə təklif etdiyi yerlər sırasına Sumqayıtın Tarixi Muzeyi, Heydər Əliyev Mərkəzi, Corat kəndi, Şəhidlər Xiyabanı, Göyərçin abidəsi, Rəsm qalereyası, Nəsimi parkı, Sumqayıt Texnologiyalar Parkı, Bayraq meydanı və şəhər teatrı daxildir.Sadalanan məkanlıar mövcud resurslardır.

 Amma uzunmüddətli dövr üçün turist  axınının  təşkilində Sumqayıtın bir məkan kimi səyahət imkanlarına bir-neçə kateqoriyadan yanaşmaq lazımdır :  Təbii səyahət resursları, mədəni tarixi resurslar  və səyahət infrastrukturu  .

1. Təbii səyahət resurlarına- dəniz; flora; fauna; iqlim ;müalicəvi mənbələr və s.daxildir.

2.Sosial,mədəni–tarixi resurslara- ticarət mərkəzləri, mədəniyyət obyektləri,muzeylər ,dini və tarixi məkanlar daxildir.

3. Səyahət infrastrukturuna – mehmanxana,qidalanma,nəqliyyat ,əyləncə idrəçilik və s. daxildir.

 Bu yanaşmaların hər birində  Sumqayıt üçün həlli vacib məsələlər mövcuddur.

Təbliğati sahədəki işlər :

·  Xarici ölkələrdə ,ələlxüsus ,Rusiya, Belorus  və Qazaxıstanın böyük sənaye mərkəzlərindəki yerli KİV-lərdə və internet resurslarında,disput  saytlarında   çimərlik və müalicə turizmi  mərkəzi kimi Sumqayıtın təbliğatını aparmaq.Bu işdə yerli diasporun əlaqələrindən istifadə etmək ;

·  Rusiya, Belorus  və Qazaxıstanın böyük  zavod və fabriklərinin ,həmçinin dövlət müəssisələrinin həmkarlar ittifaqları ilə məqsədyönlü danışıqların aparılması ;

·        Yerli və xarici turist şirkətlərilə danışıqların aparılması və Sumqayıtın çimərlik turizmi paketinə salınmasını təşkil etmək;

·        Sumqayıt haqqında xırda bələdçi-tanıtım roliklərinin çəkilməsi;

·        Ərəb ölkələrinin, Rusiya, Belorus  və Qazaxıstanın ümumölkə telekanallarında Sumqayıt haqda süjetlərin verilməsi ;

·        Xarici və ölkədaxili  turistlərin cəlb edilməsi üçün şəhər turist portalının yaradılması;

·        Şəhərdə müxtəlif dillərdə sosial plakat reklamını gücləndirmək (“Təşəbbüslər paytaxtı”, “Gənclər şəhəri”  , “Xəzərin mirvarisi” , “Xoşbəxt insanlar məkanı” və s).

·        Sosial şəbəkələrdə Sumqayıtla bağlı məlumatların yerləçdirilməsi və geniş paylaşım edilməsi.

 Şəhərdaxili infrastruktur sahəsindəki  işlər :güzəştli şərtlərlə investisiya vəsaitinin  cəlb edilməsi  yolu ilə cəsarətli addımların atılması ):

·        Xəzər dənizinin sahil zolağınında lazımı çimərlik infrastrukturunun yaradılması və yaxın məsafədə dəniz dibinin daşlardan , dəmir qalıqlarından təmizlənməsi

·        Sahilə yaxın ərazilərdə 3-4 mərtəbəli, aşağı büdcəli mehmanxanaların tikməsi;

·        Vaxtilə mövcud olmuş müalicəvi yod-brom və kükürdlü  su mənbələrini bərpa etmək və bu mineral mənbələr üzərində tam pansiyon olmayan kiçik vannalarla müalıcə mərkəzi  və tam  pansiyaon olan bir-neçə  sanatoriya açmaq ;

·        Dənizkənarı bulvarda Sumqayıt botanika bağını bərpa etmək ;

·        Partnyor layihəsi əsasında Yapon bağının salınması ;

·        Müasir attraksion məkanının qurulması;

·        Yüngül konstruksiyalı suvenir-hədiyyə köşklərinin və iaişə obyektlərinin sahilboyu  qurulması; 

·        Sumqayıtda –Corat qəsəbəsində tarixi gözətçi qülləsinin tikilməsi.Əslində bu tarxi fiksiyadır.Çox ölkələr bü üsuldan istifadə edir.Bu qüllə X-Xİ əsrdə yaşamış  xəzərlərə aid edilə bilər və qəsəbə üçün yeni tarixi obraz yaradıla bilər.Eyni zamanda Coratdakı qədim hamamlar ,məscid və xan evinin turist marşrutuna salması;

·        Sumqayıtın dənizkənarı bulvarında və sahil bulvarında yeni gül bağının  salınması (Soçi və Kislovodksdakı “dalina roz” vadisi kimi);

·        Sumqayıt- Novxanı katerlə dəniz gəzintisi  turlarının təşkil edilməsi ;

·        Sumqayıtda müxtəlif  ölçülü balıqlar üçün  “Akvarium” məkanının qurulması;

·        Sumqayıtda lövbər salmış gəmidə balıq restoranının təşkili;

·        Yeniləşən  Sumqayıtın bürüncdən yeni simvolu  sayılacaq monument-abidənin   yaradılması;

·        Şumqayıtda şəhərdaxili informasiya –məlumat nişanlarının yenilənməsi(küçə adları , istiqamətlər və s.)

·        Dənizkənarı parkda velosiped yollarının təşkil edilməsi ( bunu ekslüziv olaraq velosiped icarəyə vermək hüququna malik olan firmaların hesabına da etmək olar).

 Şəhər daxilində yay mövsümündə əyləncə  sahəsindəki işlər :

·        İyun ayının ilk günlərində  çimərlik mövsümünün başlanması ilə əlaqədar Sumqayıtda  “Neptun” bayramının  keçirilməsi;

·        İyuyl ayında Sumqayıtda mahnı festivalının keçrilməsi;

·        Avqust ayında Sumqayıtda  əncir və üzüm meyvələrilə  bağlı 2 günlük satış festivalının keçirilməsi; 

·        Sentyabr ayında Sumqayıtda şirniyyatla bağlı 2 günlük satış festivalının keçirilməsi; 

·        Sumqayıtla bağlı selfi müsabiqəsinin elan olunması və həftədə bir dəfə ( və yaxud 10 gündən bir ) müsabiqənin qalibi olan turistin qiymətli hədiyyə ilə mükafatlandırılması;

·        Sumqayıtla bağlı  turistlər arasında sosial-şəbəkələrdə ən yaxşı video-hesabat müsabiqəsinin və turist təəsüratı yazısı qalibinin həftədə bir dəfə ( və yaxud 10 gündən bir ) hədiyyə ilə mükafatlandırılması ;

·        Sumqayıt haqqında təbliğat  materiallarının- kitab,foto-albom,broşur ,marka, açıqca,suvenirlərin,köynək , beysbolka və s.  istehsalı və satışı ;

·        Dənizkənarı  bulvarda yay mövsümü boyu özfəaliyyət kollektivlərinin   konsertlərinin təşkili;

·        Sumqayıtlə rəssamların şənbə və bazar günlərində rəsm qalereyası önündə satış sərgilərinin təşkil edilməsi;

·        “Made in Azərbaycan” brendli məhsulların, həmçinin   şəhər sakinlərinin əl işlərindən ibarət “Sənətkarlar” adlı satış yarmarkalarının təşkili və prosesə şəhər sakinlərinin daha çox cəlb olunması ;

 İlkin mərhələdə  ən  ehtiyatlı  proqnozlarda orta hesabla bir aya  ən azı 10 000 (on min) turistin Sumqayıt çimərliklərinə cəlb edilməsi mümkündür ki, ancaq yay mövsümündə ümumilikdə 30 000 (otuz  min) turist deməkdir.Bir həftə müddətində orta hesabla turistin ümumi xərclədiyi vəsaitin təqribən 500 dollar həcmində olduğunu nəzərə alsaq bu vəsaitin mövsüm ərzində 15   mln.dollar olduğunu görərik .

  2015-ci ildə qardaş Türkiyədə təkcə Rusiyadan dörd milyon yarım insan istirahət etmişdi. Biz bu yay mövsümünə aktiv hazırlaşsaq, rusiyalı turistlərin ən azı bir  faizini təkcə Sumqayıt və Lənkarana cəlb edə bilərik. Bu isə 45 min turist deməkdir.

Məsələyə ümumi yanaşmada qonşu Qara dəniz sahillərindəki ölkələrin təcrübəsi karımıza gələ bilər. Sadəcə, münbit şərait yaradıb kommunikasiyaları müvafiq səviyyəyə çatdırmaq, münasib qiymətlər təklif etmək lazımdır. Sahilə yaxın ərazilərdəki 2-3 mərtəbəli şəxsi evlərin əksəriyyətini aşağı büdcəli mehmanxanalara çevirmək mümkündür. Rusiya Ukrayna, Gürcüstan bu tətəcrübədən aktiv istifadə edir.

Kiçik bir haşiyə– Yay mövsümündə  ən çox turist qəbul edən rayon  Qəbələ  olub. Qəbələ Turizm  İnformasiya Mərkəzindən verilən məlumata görə, 2017-ci ilin iyun ayında bu rayona 19 min 245 turist gəlib ki, onların da 12 min 400-ü əcnəbilərdir. Amma Qəbələyə turistlər ən çox iyulda gəlibər. İyulda bu bölgədə 45 min 463 turist istirahət edib. Onların da 33 min 259 nəfəri əcnəbi turistlər olub. Yayın son ayında isə Qəbələyə 28 min 508 nəfəri əcnəbilər olmaqla 39 min 191 turist gəlib.

  Qusarda isə 2016-cı ildə 107 min,  2017-ci il ərzində isə 196 min nəfər  turistin istirahət etmişdir. 

 ***  

Xatırladaq ki, 2017-ci il üçün turizm sənayesinin ölkə üzrə ÜDM-də payı 4,5% ,məşğulluqda payı isə 3,3%-dir. Hazırda  ölkəyə gələn xarici turistlərin üstünlük verdikləri  turizm mərkəzlərinin 75 faizi Bakıda yerləşir.

 *** 

2017-ci ilin  iyul ayında ölkəmizə  330 min turist gəlib ki, bu sözügedən il  ərzində ən çox turistin gəldiyi aydır.

***

  Ölkəyə gələn turistlərin qalma müddəti   5-7 gündür. Turistlər səfər müddətlərinin 3-4 gününü Bakıda qalır, qalan günləri isə paytaxta daha yaxın olan regionlara səfər edirlər. Azərbaycana gələn hər bir turist  orta hesabla  700-1000 ABŞ dolları məbləğində vəsait xərcləyir.

  Dünya turizm sferası ilə bağlı bəzi statistik göstəricilər. :

 Dünyanın ən çox turist cəlb edən şəhərləri- 2016-cı ilin  statistikası

1.Bangkok-19,41 miliyon nəfər

2.London- 19,06 milyon nəfər

3.Paris-     15,45 milyon nəfər

4.Dubay –  14,87 milyon nəfər

5.Sinqapur-13,11milyon nəfər

 2016-cı ildə turistlər Bangokda 14,1 mlrd.dollar ,Dubayda isə 28,5 mlrd.dollar vəsait xərcləyiblər.

 Köhnə  sovetlər  birliyində  turizmin  ən dinamik inkişaf etdiyi şəhər Tallindir. 2017-ci ildə bura 4,5 milyon turist səfər edərək ( 2016-cı illə müqayisədə 7% çox)  şəhərdə 960 mln.avro vəsait xərcləmişlər.

  **********************************************************************************

 Rusiyada  əhalisi 100 minə qədər və dənizə çıxışı olmayan şəhərlərə  gələn turist sayı:

( 2014-ci ilin statistikası  Q- Ъ 19.10.2015)

Sergiyev Posad- 1 120 000 nəfər

Suzdal                – 1 100 000 nəfər

Vıborq                – 740 000

Rostov Velikiy   – 540 000

Ples                   – 420 000

Uqliç                   – 361 000

Kirillov               – 346 000 

 Yaroslavl vilayətində Əhalisi 5 000(beş min) olan Mışkin qəsəbəsini ildə 140 000 (yüz qırx min) turist gəzir.Əsas məqsəd şəhərdəki siçan muzeyini görməkdir.   

 Adətən turizmdən gələn gəlirlər  kiçik  şəhərlərin ümumdaxili məhsulunun 3-5% təşkil edir. Amma yeni  iş yerləri , aidiyyatı sahədə əmək məşğulluğu və yerli məhsulların , həmçinin xidmət sahəsinin çalışması baxımından % göstəricisi yüksəkdir.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər