Sumqayıtda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

859

1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi, Gənclərin İnkişaf və Karyera mərkəzinin Sumqayıt nümayəndəliyinin və Sumqayıt şəhər Heydər Əliyev mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Tədbirdə Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü , YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşı Eyvaz Qocayev, 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin direktoru Kəmalə Rəhimova çıxış edərək Ulu Öndərin həyatı və siyasi fəaliyyətindən, istər sovet, istərsə də müstəqillik dövründə xalqımız qarşısında müstəsna xidmətlərindən danışıblar.

Könüllülərin ifasında Ulu öndərə həsr  olunmuş şeirlər və musiqilər səsləndirilib. Sonda tədbirdə çıxış edən könüllülər təşəkkürnamə ilə təltif olunublar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər