Sumqayıtda valideynlərin sosial münasibətlərinin inkişafı mövzusunda seminar keçirilib

1218

Sumqayıt şəhərində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə valideynlərin sosial münasibətlərinin inkişafı mövzusunda seminar keçirilib.

Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova bildirib ki, bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsi, gənc ailələrə qayğını əsas tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən  sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə, uşaq və yeniyetmələrin həm fiziki, həm də mənəvi cəhətdən güclü nəsil kimi formalaşdırılmasına, ümumən, milli genefondumuzun möhkəmlənməsinə xidmət edir.

Vurğulanıb ki, bu gün Sumqayıt şəhərində də ailələrin rifah halının yaxşılaşdırılması üçün yeni iş yerləri açılır, gənc ailələrin sosial müdafiəsi gücləndirilir. Aztəminatlı ailələr də dövlət qayğısından yararlanırlar. Belə ki, onların problemləri öyrənilir və həll edilir. Aztəminatlı ailələr fəal məşğulluğa cəlb olunur, onların ailə təsərrüfatlarının yaradılmasına lazımi köməkliklər göstərilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Məhbubə İsmayılova və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşı Məlahət Mövsumova tədbirin əhəmiyyətindən danışaraq bildiriblər ki, tədbirin keçirilməsində əsas məqsəd uşaq və valideynlər arasında maarifləndirmə işlərinin aparılmasıdır.

Qeyd olunub ki, milli dəyərlərin tərkib hissəsi olan ailə dəyərlərini qorumaq təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Ailə sağlam olmazsa, cəmiyyətin sağlam olmasından danışmaq mümkün deyil. Ona görə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq regionlarda müvafiq mövzularda konfranslar, seminarlar keçirir, eləcə də kütləvi informasiya vasitələrində sağlam ailənin formalaşması, ailə dəyərləri, uşaqların tərbiyəsinə təsir edən amillərlə bağlı çıxışlar edilir, maarifləndirici tədbirlər görülür.

Sonda tədbir diskusiya şəraitində davam etdirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər