Sumqayıtda yerləşən sığorta şirkətinin filial müdirinə hökm oxunub

632

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
sumqayitxeber.com -un APA-ya istinadən xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, C. Əsgərov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.
Qeyd edək ki, C. Əsgərov “Azərbaycan Sənaye Sığorta” ASC-nin Sumqayıt şəhərində yerləşən filialının müdiri vəzifəsində çalışıb. İttihama görə, o, vətəndaşlardan yığılmış icbari sığortadan 91 min manat məbləğində vəsaiti mənimsəyərək, şirkətə külli miqdarda ziyan vurub.
Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər