Sumqayıtlılar yeni ili Sumqayıt Bulvarında qarşıladı

3299

Sumqayıtlılar 2019-cu ili dənizkənarı bulvarda qarşılayıb.

Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə dəniz kanarı bulvar ərazisində əsl bayram havası yaşanıb. Minlərlə insan bulvara toplaşıb.

Şəhərin möhtəşəm bəzədilməsi şəhər sakinlərinin bayram ovqatını daha da artırıb.

Öncəki illərdən fərqli olaraq bu il şəhərdə, park və meydanlarda, xüsusilə də bulvar ərazisində izdiham yaşanıb.

Atəşfəşanlığı izləmək üçün bulvar ərazisinə gələn insanlar həm gəziblər, həm də bayramı yaxınları və dostları ilə qarşılayıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər