Tahir Mirkişili Brüsselə gedib – Avronest Parlament Assambleyasın komitələrinin iclaslarında iştirak edəcək

1015

Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova, deputatlar Tahir Mirkişili, Cavanşir Feyziyev, Azər Kərimli, Məlahət İbrahimqızı  qurumun komitələrinin iclaslarında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə səfərdədirlər.

sumqayitxeber.com Trend-ə istinadən xəbər verir ki, Brüsseldə İqtisadi inteqrasiya, hüquqi normaların uyğunlaşdırılması və Avropa İttifaqı siyasəti ilə yaxınlaşma komitələrinin birgə iclasında “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhsil sahəsində innovasiya və islahatlar: problemlər və imkanlar”, “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi artımın stimullaşdırılması məqsədi ilə rəqəmsallaşdırmanın asanlaşdırılması” mövzularında müzakirələr keçiriləcək.

Enerji təhlükəsizliyi və Siyasi məsələlər, insan hüquqları və demokratiya komitələrinin birgə iclasında “Energetika sahəsində birgə yanaşma və uyğunlaşma”, “Şərq tərəfdaşlığı ölkələrində dövlət qurumlarının səmərəliliyi və demokratiyanın möhkəmləndirilməsi vasitəsi kimi parlament nəzarəti” mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.

Deputatlarımız komitə iclasları ilə yanaşı, Belarusa dair işçi qrupunun iclasına da qatılacaqlar.

Nümayəndə heyətimizin üzvləri yığıncaqlarda qaldırılan məsələlərə dair öz fikirlərini açıqlayacaqlar.

Səfər yanvarın 31-də başa çatacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər