“XALQ KOMPÜTERİ”: Sumqayıtlı müəlliməyə kompüter hədiyyə olunub

888

Sumqayıt şəhər 27 saylı orta məktəbinin müəlliməsi Xalidə İsgəndərovaya “Xalq kompüteri” layihəsi çərçivəsində “HP ProBook 4510s” noutbuku hədiyyə edilib.

Ötən həftə Azərbaycanda həyata keçirilən “Xalq kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 10 minə çatıb. 10 mininci kompüteri HP Fərdi Sistemlər Qrupunun satış və bazar inkişafı üzrə meneceri Rasim Bəxşi Xalidə İsgəndərovaya “Hyatt Regency” hotelində keçirilən tədbirdə təqdim edib.

“Xalq kompüteri” layihəsini HP və “Microsoft” şirkətləri ilə birgə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2009-cu ilin aprel ayından həyata keçirir. Layihənin operatoru “BestComp Group” şirkətidir. Sonra layihəyə informasiya texnologiyaları sahəsində digər avadanlıq və xidmət təchizatçıları da qoşulublar. Kompüterlərin çatdırılması və ödənişlərin qəbulu “Azərpoçt” MMC vasitəsilə həyata keçirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər