YAP Sumqayıt şəhər təşkilatı gənc fəalları təbrik etdi

1756
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.
 
Bayram tədbirində Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, sədrin müavinləri, Aparatın məsul işçiləri, partiyanın ərazi ilk təşkilatlarında ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclər iştirak ediblər.
YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Dövlət gənclər siyasətinin gənc nəslin qarşısında yeni-yeni üfüqlər açdığını diqqətə çatdırıb. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi istiqamətində atılan növbəti mühüm addım olduğunu söyləyən sədr, bu gün öz potensialını, istedad və bacarığını nümayiş etdirmək istəyən hər bir gənc üçün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını bildirib.
Ramiz Hüseynov 1 fevral 2019-cu il tarixində möhtərəm Prezident İlham Əliyevin Bakı Konqres Mərkəzində keçirilən Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında söylədiyi nitqin müasir Azərbaycan gəncliyi üçün proqram xarakterli olduğunu xüsusi vurğulayıb.
YAP Sumqayıt şəhər təşkilatının sədri partiyanın ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, müxtəlif sahələrdə nəailiyyətlər qazanmış gənclərə YAP Sumqayıt şəhər təşkilatının təltif etdiyi Fəxri Fərmanları təqdim edib.
Tədbirdə çıxış edən Gənclər Birliyinin fəalları Elvin Əlizadə və İlahə Əliyeva Azərbaycan Dövlətinin Gənclərə göstərdiyi qayğının sabaha və uğurlara hesablanan bir siyasət olduğunu və bu siyasətin sağlam və intellektual nəslin formalaşmasına xidmət etdiyini vurğulayıblar.
Bədii hissədə 4 saylı Sumqayıt diyarşunaslıq klubunda fəaliyyət göstərən “Xəmsə” instrumental ansamblının hazırladığı proqram və gənc tələbələrin ifasında mahnılar təqdim edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər