Yolkanı ilk dəfə kim bəzəyib?

995
Bəs yolkaların tarixi haqqında nə bilirik?
Bu gün qeyd etdiyimiz bayramın ən ümdə atributu olan yolka demək olar ki, hər evin bəzəyidir. Bəs yolkaların tarixi haqda nə bilirik?
Hələ eramızdan əvvəl 1-ci əsrdə germanlar (indiki alman xalqları) meşəyə gedib ruhlara qurban kəsərlərmiş. Bunun müqabilində həmin ruhlar qəbilə başçısına icazə verirmiş ki, yolka budaqlarını kəsib daxmalarının üstünə sancsınlar. O zamanlar germanlar belə güman edirdilər ki, yolkanın ətri ovçulara və döyüşçülərə qüvvət gətirir. Bu adət sonrakı dövrlərdə də davam edir. 3-cü əsrdə hollandiyalılar və ingilislər də bu adəti qəbul ediblər. Romalılar  almanlardan fərqli olaraq, evlərini əkin allahının şərəfinə bəzəyirdilər. Druidlər isə yeni il bayramında  yolka ağacının budaqlarını deyil, palıd ağacının budaqlarını qızıl alma ilə bəzəyirdilər.
Yolkaların bəzədilməsi ənənəsi orta əsrlərdə də mövcud olub. Həmişəyaşıl ağacların qırmızı almalarla bəzədilməsi, məhz, dekabr ayının 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi kimi xarakterizə olunurdu.
İlk yolkaların görünüşü müasir yolkalardan çox fərqli idi. Bu fərqlilik özünü  yolkaların üzərində müxtəlif əşyaların quraşdırılmamasında göstərirdi. Lakin zaman keçdikcə, o qədər də diqqət çəkməyən sadə yolkaların görünüşü dəyişdi. İlk dəfə olaraq, yolkalardan bəzəkli oyuncaqların asılması Böyük Britaniya kraliçası, 4-cü Georqun xanımı Karolinanın adı ilə bağlıdır. Yolkada işıqların yandırılmasının əsasını isə almaniyalı Martin Lüter qoyub.
Şimal qonşumuz olan Rusiyada ilk yolka 1852-ci ildə Peterburq şəhərində bəzədilib. Finlandiyada 1800, Danimarka və Norveçdə isə 1880-ci ildən yolkaların bəzədilməsinə başlanılıb. Hündürlüyü 26 metr olan ən yüksək yolka İngiltərədə bəzədilib.
Almanlar yolkaların bəzədilməsini bütün Avropaya yayıblar. 1851-ci ildə isə bu ənənəni Amerikaya gətirən almanlar, yolka fənərlərinin yandırılması mərasimini keçirirlər. O vaxtdan bu günə qədər hər il keçirilən yeni il şənliyində Ağ evin qarşısında yolka fənərlərinin yandırıldığını görmək olar.
Yeni il yolkası haqqında ik yazılı məlumat 16-cı əsrə təsadüf edir. Həmin vaxt almanların şəhəri olan Strasburqda yeni il gecəsi, bərabər səviyyədə  keçirilirdi. Həm kasıblar, həm də adlı-sanlı zadəganlar öz ailələrində küknar ağacını müxtəlif cür oyuncaqlar, şirniyyatlarla bəzəyirdilər.
Misir sakinləri isə dekabr ayının sonlarına yaxın palma ağaclarını evlərinə gətirirdilər. Bununla da, həyatın ölüm üzərində qələbəsinə nail olmuş olurdular.
Yolkaların bəzədilməsini   bir çox müsəlman ölkələri xristian dini ilə əlaqələndirir. Halbuki nə yeni ilin qeyd olunmasının, nə də yolkaların bəzədilməsinin heç bir dini inancla əlaqəsi yoxdur. Dinlər mövcud olmamışdan öncə, bir çox  xalqlar  ağacların bəzədilməsini öz dünyagörüşlərinə, fantaziyalarına uyğun olaraq xarakterizə edirdilər.
Bugün çox az sayda azərbaycanlı ailəsi tapmaq olar ki yolka bəzəməsin. Sovet dövrü dağılanda  bir çox Azərbaycan ailələrində yolkaların da taleyinə dağılmaq yazıldı. Uzun illər bundan öncə, hər kəs yeni ildə yolkaların bəzədilməsini  rusların bayramı kimi təsəvvür edirdi. Halbuki  ilk yolkaların tarixi xristianlıqdan çox-çox əvvələ gedib çıxır. Hətta, 300 il bundan əvvəl 1-ci Pyotr küknar ağacını bəzəmək əmrini verib.
Bugünkü gündə təbii küknar ağacından istifadə olunmur. Demək olar ki, hər evdə sintetik yolkalara rast gəlmək olar. Bunun başlıca səbəbi təbiəti məhv etməməklə, satış obyektlərində irili-xırdalı,oyuncaqlarla birlikdə bəzəkli yolkaların istehsalını genişləndirməkdir.
publika.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər