Zakir Fərəcov gənc könüllülərlə görüşüb – FOTOLAR

916

Sumqayıt şəhərində təmizliyin qorunub saxlanılması üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə gənclərdən ibarət könüllü qrup yaradılıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gənc könüllülərlə görüşüb.
Sumqayıtın tarixinə nəzər salan şəhər rəhbəri qeyd edib ki, 67 yaşı olan gənclik şəhərinin artıq 500 minə yaxın əhalisi var. Cənubi Qafqazın əsas sənaye şəhərlərindən olan Sumqayıtda müxtəlif kimya müəssisələri fəaliyyət göstərib. Bu zavodlar öz istismar dövrünü başa vuraraq yararsız hala düşüb. Bütün bunlara baxmayaraq hazırda prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən sözügedən müəssisələrin yerində müasir sənaye müəssisələri yaradılır.
Zakir Fərəcov bildirdi ki, Sumqayıt şəhərində gənclərin işlə təmin olunması ən mühüm prioritet məsələlərdən hesab olunur.  Hzırda gənclərin məşğulluğu üçün yeni müəssisələr yaradılır.
Qeyd olundu ki, regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində olduğu kimi Sumqayıtda da abadlıq və quruculuq işləri uğurla davam etdirilir. Günü-gündən gözəlləşən şəhərimizdə yeni inzibati binalar tikilərək istifadəyə verilir. Möhtəşəm Heydər əliyev Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi buna bariz nümunədir. Həmçinin mövcud mədəniyyət, təhsil və səhiyyə ocaqları yenidən qurulur.
Z.Fərəcov qeyd edib ki, şəhər sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün Sumqayıtda ilk dəfə olaraq dəniz kənarında müasir bulvar kompleksi yaradılıb. 4,2 kilometr uzunluğu olan bulvarda hər cür şərait yaradılıb.
Bütün yaradılan bu gözəlliyə xələl gətirənlər olduğunu deyən şəhər rəhbəri gəncləri şəhərimizdə təmizliyi qorumağa səslədi.
Çıxış edən gənclər şəhərin son iki il ərzində inkişafı üçün görülmüş işlərə görə şəhər rəhbərinə minnətdarlıqlarını bildirdilər.  Abadlaşan şəhərdə quruculuq işlərində bir gənc olaraq yaxından iştirak etmələri üçün üzərlərinə düşən vəzifələrdən danışdılar. Tədbirin sonunda  könüllüləri maraqlandıran suallara şəhər icra Başçısı tərəfindən aydınlıq gətirildi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər