1 saylı orta məktəbdən şikayət var

893

Bu gün sumqayitxeber.com saytına Sumqayıt şəhərində yerləşən İsmət Qayıbov adına 1 saylı orta məktəbdə drektorun valideyinlərlə sərt danışması və  forma almağa gələn valideynlərə formanı uşağa geydirməyə icazə verməməsi ilə bağlı şikayət daxil olub. Şikayətdə qeyd olunan problemi araşdırmaq üçün məktəbin direktoru Lətifə Cabbarova ilə əlaqə saxladıq.

L.Cabbarova məktəbli formasının ümumilikdə şagirdlərin 60-70%-nə satıldığını, şagirdlərin geyimlə  tam təmin olunmamasını isə məktəbli formasının ölçüsü ilə  əlaqədar olduğunu qeyd elədi: ” Hər uşaq bir ölçüdədir və forma ilə uşaqların ölçüsü düz gəlmədiyi üçün bu gün uşaqlar tam olaraq məktəbli forması ilə təmin olunmayıb. Çalışacağıq ki, qısa müddətdə bütün şagirdlər məktəbli forması ilə təmin olunsun. O ki qaldı mənim valideyinlərlə sərt danışmağıma, belə hal olmayıb. Sadəcə olaraq məktəbdə eyni anda xeyli valideyin daxil olmuşdu və məktəbdə səs-küy yarandığı üçün mən dedim ki, aparıb evdə geyindirsinlər.”

Məktəb direktoru formaların məktəb daxilində təşkil olunan kommissiya tərəfindən satıldığını və qiymətinin 42 manat olmasını bildirdi :” Vahid məktəbli forması hələ ki, ibtidai sinif şagirdləri üçün məcburidir. Yuxarı sinif şagirdləri isə hələ ki, keçən ilki məktəbli formalarında gələ bilərlər.”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Bahar
    Sentyabr 15, 2010 - 22:21

    H.Z.Tagiyevdeki mektebe umumiyyetle forma gelmeyib.Amm pulu qabaqcadan yigirlar valideynden.Ne qeder imkansiz aileler var.45 manati odeyibler.Hele indi mecbur olub ayrica paltar da aliblar ki,usaq mektebe geyinsin.Bu formalari vaxtinda getirmeyecekdinizse niye pullari yigirsiz?? Ozde bazarda hemin geyimlerin qiymeti qat-qat mektebdekinden ucuzdu.Bele de vicdansizliq olmaz daa

  • Əzizə
    Sentyabr 16, 2010 - 08:13

    Eyvaz bəy, Xəbərə görə təşəkkürlər. Direktorun dediyinə hardasa haqq qazandırmaq olar, amma nəzərə almaq lazımdı ki, valideyn də üzərinə düşəni edir- övladına forma tələb edir. əgər bu forma uşağın əyninə gəlməyəcəksə və ya oturmayacaqsa, onu necə alsın? Demək geyindirib baxmaq onun haqqı… səs küyə gəlincə yaxşı olardı ki, direktor xanım valideynlərin üstünə qışqırınca xüsusi bir otaq ayırardı, camaat da bilərdi neynər… Bunlar dovşana qaş deyirlər, tazıya tut- bir yandan forma tələb edirlər, o biri yandan almağa imkan vermirlər.

  • MEDINE
    Sentyabr 23, 2010 - 16:19

    3 sayli orta mektebi dindirin hele ordakilarin veziyeti vapse berbaddir

  • Adil..Yasamal
    Avqust 14, 2012 - 17:37

    Salam ! cox maraqli muxtelif sherhler fikirler yazilir… her kesin fikirinde yanlishliq veya duzgunluy ola biler, tebiidir… ama menim derdime chare olaraq kim bir soz meslehet verer.. menim 150 manat maashim var..2 ovladimda mektebe gedir..istesem istemesemde en azi mekteb levazimatlarina gore..ve diger mekteb xerclerine gore ayda 20 manatacan xercim cixir azi 30 manatacan komunal xercler… hele men giyim toy yas bulari nezere almiram…bu maashdan o biri maashacan 5 neferin gundeliy qida ucun daha acindan mede yazva oolmasun deye aylari otururuy…Bu veziyyetde yashayam aileler 1000 lerce var…bu bize lazimdir …meyer her hansisa bir shalvar ve koyyneyle mektebe getmey olmur ki???

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər