“2 ayrı xörəyi eyni vaxtda yeyəndə bədəndə çürüyüb, ağır xəstəliklər törədir” – Ərşad Əzimzadədən gündəlik sağlamlıq sirləri

1446
Çox adam elə bilir ki, yaşlı adamların çəkisinin artması və immun sisteminin zəifləməsi qanunauyğun haldır, elə belə də olmalıdır. Əslində isə, bu hal insanlar tərəfindən balans (mədaxil-məxaric) qanunun pozulması ilə bağlıdır.
Medicina.az Azərbaycanın məşhur loğmanı, xalq təbabət ilə müalicə kitablarının müəllifi, yazıçı jurnalist Ərşad Əzimzadənin karantin və pandemiya dövründə sağlamlığı və immuniteti gücləndirmək üçün sınanmış, maraqlı gündəlik rejiim məsləhətlərini təqdim edir.
“Bir məqama fikir verin: dünən idmanla məşğul olan gənc yüksək kalorili qida qəbul edirdi (enerji mədaxili), onu ağır məşqlərdə, yarışlarda itirirdi (məxaric). O, idmanı atandan sonra da eyni kalorini (bəziləri daha çox) alır. Lakin indi daxil olan enerji qədər enerji itirmir. Artıq enerji mənbəyi (qida) yanıb bədəndən çıxmır, daxili orqanlar üçün artıq yükə çevrilir, onları bir-bir sıradan çıxarır, müxtəlif xəstəliklərin törədir.
Eyni hadisə ağır fiziki işləri tərgidən adamların həyatında da baş verir, yəni, mədaxil-məxaric qanunu pozulur.
İdmanı tərgidən cavanlara və yaşlı adamlara bunları məsləhət görürəm:
1. Saat 22-də yatıb, 6-da durun.
2. 1 yekə fincan suya 1 çay qaşığı bal, 2 çay qaşığı alma sirkəsi qatıb, ilıq şəkildə, qurtum-qurtum için.
3. Ya havaya çıxıb yorulana kimi iti addımlarla yeriyin (qaçmaq ziyandı), ya da ən faydalı hərəkətlərdən ibarət olan NİŞİ təmrinlərini yerinə yetirin (bax: “Möcüzəsiz möcüzə” – 5 kitabı).
4. Kontrast su vannası (bax: “Möcüzəsiz möcüzə” – 5 kitabı) qəbul edin, mümkün olmasa, sadəcə yaxalanın.
5. 1 yekə fincan itburnu və qaragilə dəmləməsinə (başqa otlardan dəmləmələr də olar) 1 çay qaşığı bal və 1 limonun şirəsini qatıb, qurtum-qurtum için.
6. Ya 1 növ meyvə, ya da 5-6 növ meyvənin püresini yeyin. Yalnız 1 saatdan sonra su və ya dəmləmə içmək olar.
7. Günorta 1 yekə qab tərəvəz salatı ilə ürəyiniz istəyən xörəyi doyunca, amma çörəksiz yeyin. 2 xörəyi eyni vaxtda yeyəndə hər ikisi çürüyür, şlaq şəkilində yığılıb bədəndə qalır və artıq ətə çevrilir, ağır xəstəliklər törədir. Çörəkdən əl çəkə bilməyənlər onu başqa vaxt tərəvəz salatı ilə yesin. Yalnız xörəkdən 2-3 saat sonra su və ya çay içmək olar.
8. Saat 19-da 1 yekə qab tərəvəz salatını şor, yaxud kəsmik, yaxud qatıq və 5-8 qozla (yaxud 10-15 fındıq, yaxud 10-15 badamla) yeyin.
9. Saat 22-də yatağa girin. Yuxudan qabaq açıq havada gəzmək çox faydalıdır.
Bu rejim daxili orqanları cavanlaşdırır, immun sistemini möhkəmlədir, hər cür xəstəliyin qabağına keçilməz sədd çəkir.”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər