2 qardaşı qətlə yetirən şəxsin məhkəməsi başladı

1068

42Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tamella Nəsrullayevanın sədrliyi ilə iki nəfərin ölümündə təqsirli bilinən şəxsin məhkəməsi başlanıb. Məhkəmədən ANSPRESS-ə verilən məlumata görə, Sumqayıt sakini, 1954-cü il təvəllüdlü Ağamoğlan Əlihəsən oğlu İbrahimov AR CM-in 120-ci(qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub. İlkin ifadəsində A.İbrahimov özünü qismən təqsirli bilib. İttiham aktına görə, Ağamoğlan İbrahimov pul borcu ilə əlaqədar aralarında yaranmış münaqişə zəminində Sumqayıt şəhəri 45-ci məhəllədəki dərzi sexində həmyerliləri İlham Əli Məmmədova və onun qardaşı 44 yaşlı Hamletə bıçaqla xəsarət yetirmişdi. İ.Məmmədov hadisə yerində, Hamlet isə xəstəxanaya aparılarkən yolda ölmüşdü. Hadisəni törətdikdən sonra A.İbrahimov könüllü olaraq Sumqayıt Şəhər Polis İdarəsinə gedərək təslim olmuşdu.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər