621

Fevralın 26-da Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyasında transmilli təhlükəsizlik və terrorizmə qarşı mübarizə mövzusunda müzakirələr aparılıb.

Azərbaycanın nümayəndə heyətinin üzvü Tahir Mirkişili çıxışında bildirib ki, təhlükəsizlik və terrorizm mövzuları haqda danışanda mütləq problemin iki tərəfini qeyd etmək lazımdır. Problemin bir tərəfi onun törətdiyi nəticələrdirsə, digər tərəfi ona aparıb çıxaran səbəblərdir. Nəticələr haqda danışanda insanların qətlə yetirilməsi, sabitliyin pozulması və ölkələrin iqtisadı zərəri göstərilməlidir. Amma burada daha mühüm məsələ səbəblərdir: işğal və terrorizmə dəstək açıq şəkildə qeyd edilməlidir.

Terror dövlət səviyyəsində dəstəklənərsə, o daha təhlükəli bəlaya çevrilir. Azərbaycan da belə terrorizmdən əziyyət çəkən ölkədir. Bu gün xüsusilə yaddaqalan gündür, çünki 24 il bundan əvvəl fevralın 26-da Xocalı faciəsi törədilib və 600-dən çox dinc sakin qətlə yetirilib. Ona görə də terrorizm və təhlükəsizlik haqda danışanda tarixi yada salmalı və gələcəkdə belə hadisələrin bir daha baş verməməsi üçün lazımi addımlar atmalıyıq.

Vurğulanıb ki, ATƏT-ə üzv ölkələr dövlət səviyyəsində dəstəklənən bu cür siyasətlə mübarizəni gücləndirməlidirlər ki, gələcəkdə dinc və günahsız insanların həlak olduğu terror aktları törədilməsin.
Azərtac

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər