4 Sumqayıt futbolçusu Azərbaycan yığmasında!!!

1001

Azərbaycan millisinin heyəti açıqlanıb. Baş məşqçi Berti Foqts qarşıdakı 2 yoldaşlıq oyununda sərəncamında görmək istədiyi futbolçuların siyahısını müəyyənləşdirib.

Mayın 20-dən 23-dək Yaponiyanın Şizuoka şəhərində təlim-məşq toplanışı keçib, mayın 23-də yerli yığma ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq komandamıza 21 futbolçu çağırılıb. Bu oyunçular arasında uzun fasilədən sonra milliyə dönən Rauf Mehdiyev, Cavid İmamverdiyev və Elvin Məmmədov da var.

Almaniyalı daha 6 futbolçunu ehtiyat oyunçular sırasına daxil edib. Onların Yaponiyaya aparılması yalnız əsas heyətdən kiminsə çıxması halında mümkündür. Lakin Asiyadakı oyuna dəvət olunmayacağı təqdirdə, onlar mayın 24-də Almaniyanın Frankfurt şəhərində Azərbaycanın millisinin heyətinə qoşulacaqlar. Onlar mayın 24-dən 31-dək Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçib, mayın 30-da Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcəklər.

Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Anar Nəzirov (“Turan”), Rauf Mehdiyev (“Neftçi”)

Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev (hər ikisi “Qarabağ”), Vladimir Levin (“İnter”), Ruslan Abışov, Ruslan Əmircanov (hər ikisi “Neftçi”), Vurğun Hüseynov (“Qəbələ”), Ufuk Budak (“Frayburq”, Almaniya)

Yarımmüdafiəçilər: Aleksandr Çertoqanov, Mahir Şükürov (hər ikisi “Qəbələ”), Aqil Nəbiyev (AZAL), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Elvin Məmmədov (“Bakı”), Rizvan Umarov (“Elçe”, İspaniya), Cavid İmamverdiyev (“Neftçi”)

Hücumçular: Branimir Subaşıç (“Xəzər Lənkəran”), Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi “Qarabağ”), Cihan Özkara (“Sivasspor”, Türkiyə)

Ehtiyat oyunçular: Aqil Məmmədov (“Bakı”), Bədavi Hüseynov, Hacı Əhmədov, Murad Ağayev, Uğur Pamuk (hamısı “Sumqayıt”), Əli Gökdemir (“Hannover”, Almaniya)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər