7 yaşlı “Youtube” ulduzu ildə 11 milyon dollar qazanır

935

Çəkdiyi oyuncaq videoları ilə məşhurlaşan 7 yaşlı Rayan ildə 11 milyon dollar pul qazanır.

Sumqayitxeber.com Qaynarinfo-ya istinadən xəbər verir ki, 3 ildir “Youtube” hesabında video paylaşan azyaşlı oyuncaq qutularını açır, oynayır və fikrini paylaşır. Çox sayda izləyiciyə sahib olan Rayan “Wallmart” marketlər şəbəkəsi ilə əməkdaşlıq edir. Şirkət “Ryan’s World Toys” seriyası ilə böyük satış etməyə nail olub.

Rayanın valideynləri bildirir ki, oğulları videolara həftədə sadəcə 90 dəqiqə vaxt xərcləyir və “Youtube” fəaliyyəti onun dərslərinə, sosial həyatına mane olmur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər