82 yaşlı qadın ehtiyatsızlıqdan yanaraq öldü

702

Sumqayıt şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Bu barədə ANS PRESS-ə şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə dünən axşam saat 18.00 radələrində 8-ci mikrorayon ərazisində qeydə alınıb.

Beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə meydana gələn yanğın nəticəsində, ev sahibi, 83 yaşlı Səmərqənd Şərifova yanaraq ölüb.

İlkin məlumata görə, hadisə qadının qazla ehtiyatsız davranmasından baş verib.

Faktla bağlı şəhər Prokurorluğunda araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər