“90+ sual-cavab”

938

“Sumqayıt” Futbol Klubunun rəhbərliyi, məşqçilər heyəti, futbolçuları oktyabrın 16-da fanklubun üzvləri, şəhərin fəalları və media nümayəndələri ilə görüş keçirəcək. “Azərikimya” İstehsalat Birliyinin akt zalında baş tutacaq tədbir saat 15:00-da başlayacaq. “90+ sual-cavab” şərti adı altında keçiriləcək görüşün ilk hissəsində qonaqlara klubun ötən mövsüm gördüyü işlər barəsində məlumat veriləcək.
Ardından Sportal.az saytını media dəstəyi ilə məşqçi və futbolçu heyəti KİV nümayəndələrinin suallarını cavablandıracaq.

Bu hissə ərzində azarkeşlər, şəhərin fəalları və jurnalistlər klubun üzvləri ilə səmimi söhbət olacaq.

Tədbirdə iştirak etmək istəyənlər oktyabrın 16-da saat 15:00-da “Azərikimya” İstehsalat Birliyinin qarşısında ola bilər. Bütün KİV-nin nümayəndələri tədbirə dəvətlidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər