“AEGEE Sumqayıt” Avropa Tələbələr Forumuna üzv seçildi

715

“Avropa Tələbələr Forumu-Sumqayıt” İctimai Birliyi AEGEE (Association des Etats Généraux des Etudiants de l’Europe / European Students’ Forum) – Avropa Tələbələr Forumu Assosiasiyasına üzv təşkilat seçilib.  Birlikdən AZXEBER.COM-a verilən məlumata görə, bu qərar 27-30 aprel 2011-ci il tarixində İspaniyanın Alikante şəhərində baş tutan toplantıda qəbul olunub. AEGEE-nin bu ilki toplantısında dünyanın 206 şəhərindən 800 gənc nümayəndə iştirak edərək gənclərin gələcəyini, onların sosial-ictimai həyatda rolu və mədəniyyətlərarası dialoqun inkişafı barədə müzakirələr aparıblar. Birliyin sədri Azər Məhərrəmov Azərbaycanı sözügedən tədbirdə təmsil edib.

“Avropa Tələbələr Forumu” Assosiasiyası (AEGEE) dünyanın ən böyük tələbə və gənclər təşkilatı olub özündə 40 ölkədən 14000 üzvü birləşdirir. AEGEE qeyri-hökümət və qeyri-kommersiya təşkilatı olaraq əsasən Avropa gəncləri arasında elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın inkişafına xidmət edir. Assosiasiya ötən il ərzində aktiv vətəndaşlığı təbliğ istiqamətində 300 beynəlxalq görüş və tədbir həyata keçirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər