“Anar 10 nəfər “vorzakon” toplayıb. Mənim şəkillərimi və mobil nömrəmi onlara göstərib. Sonra onlara göstəriş verib ki, məni zorlasınlar, video, foto çəkilsin, ona təqdim olunsun”.
Bu sözləri cebhe.info-ya açıqlamasında repçi Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva deyib.
Həmin videonun yayılmağına çox pis baxıram. Çünki uşaqlarımın adına xələl gəldi. Mən məhz buna görə işin qanun çərçivəsində həll olunmağını istəyirəm. O, övladlarına atalıq etmir. Ona görə də istəyirəm ki, qanunla atalıqdan məhrum olunsun. Çünki o videodan sonra istəmirəm ki, həmin insanın adı uşaqlarımın üstündə hallansın. Görün bu insan nə dərəcədədir ki, uşaqların anasını camaatın içində rüsvay etmək istəyir. Anarın məlum videosundan sonra istəmirəm ki, həmin insanın adı uşaqlarımın üstündə hallansın”.
Müzakirə qapadılmışdır.