ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyi kimyəvi məhsulların satışını elan edir

689

Qliserin   – 190,0  ton.  

Tətbiq sahəsi: Qida sənayesində, tütün istehsalında, tibb sahəsində,  toxuculuq sənayesində, kənd təsərrüfatında, lak və boya sənayesində, elektrotexnika  və radiotexnika sahəsində və s.

 

Optofosfat turşusu – 19,0 ton.  

Tətbiq sahəsi: Lehimləmə zamanı aşqar kimi (mis, qara metal, paslanmayan polad),  molekulyar biologiya  sahəsində tədqiqatlar zamanı və paslanmış metal səthlərin təmizlənməsi üçün tətbiq olunur. Korroziyanın qarşısını almaq üçün təmizlənmiş səthdə qoruyucu qat əmələ gətirir. Sənaye soyuducu qurğularında freonların tərkibində bağlayıcı vasitə kimi də istifadə olunur.

 

Kalium qələvisi – 2,0 ton.

Tətbiq sahəsi: E525 qida əlavələri kimi qida sənayesində,  metan qazının alınmasında, məhlullarda turş qazlarının tutulması və bəzi kationların müəyyən edilməsində istifadə olunur. Maye yuyucu vasitələrin  və kalium duzlarının alınmasında ilkin məhsul kimi istifadə edilir və s.

 

Natrium bixromat – 14,0 ton. 

Tətbiq sahəsi: Dəri və xəz sənayesində, kimya sənayesində qeyri-üzvi kimyəvi birləşmələrin, katalizatorların və xrom tərkibli birləşmələrin, kimyəvi reaktivlərin alınmasında, toxuculuq sənayesində parçaların boyadılmasında, digər sənaye sahələrində, mühərriklər üçün antifrizin alınmasında, asetilenin təmizlənməsində və qələvi batareyalarda elektrolit kimi istifadə olunur.

 

Modifikasiya olunmuş MLSP-R polimeri – 63,0 ton.

Tətbiq sahəsi: Neft və qaz quyularının qazılması zamanı qazma məhsullarının durulaşdırıcısı kimi istifadə olunur.

 

Dixloretan – 290,0 ton.

Tətbiq sahəsi: Vinilxlorid, etilendiamin, əczaçılıq preparatlarının istehsalında və həlledici kimi istifadə olunur.

 

Əhəng daşı  – 2505,0 ton.

Tətbiq sahəsi: Tikintidə və əhəng südü almaq üçün istifadə olunur.

 

 

Əlaqə telefonu:

(012) 521-25-21,    (018) 655-96-37

E-mail: rasim.atakishiyev@socar.az

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər