“ASAN xidmət” növbəti aydan Sumqayıtda fəaliyyətə başlayacaq

784

Sumqayıtda “ASAN xidmət” mərkəzi may ayında açılacaq. Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

“Cari ilin may ayı ərzində Sumqayıt şəhərində yeni “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulub”, deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, hazırda “ASAN xidmət” mərkəzi Bakının Nərimanov, Nəsimi və Binəqədi rayonlarında fəaliyyət göstərir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər