Ata, oğul və gəlinin öldüyü hadisə barəsində YENİ XƏBƏR

1553

Masallıda baş vermiş dəhşətli yanğınla bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Təzə Alvadı kəndində Kamran Əzimova məxsus ikimərtəbəli ev gecə saat 01 radələrində yanmağa başlayıb. K.Əzimovun qardaşı oğlu deyib ki, yatarkən qışqırıq səsinə ayılıb və əmisinin qonşuluqdakı evinin alovlandığını görüb: “Biz, qonşular hamı köməyə gəldi, vedrələrlə su daşıyırdıq. Sonra polis və yanğınsöndürənlər gəldi. Amma alov artmışdı. Əmimlə, əmim oğlu Namiq Əzimovu çıxaranda artıq yanıb ölmüşdülər. Yanğın söndürüləndən sonra gəlinin meyitini tapdılar”.

Bildirilir ki, hadisə vaxtı Namiq Əzimov və həyat yoldaşı ikinci mərtəbədə yatıbmış. Uşaqlar isə aşağı mərtəbədə oyaq olub. Məhz uşaqların oyaq olması onların tez xilas olmasına imkan yaradıb.

Qeyd edək ki, ikimərtəbəli evin tamamilə yanması nəticəsində ev sahibi ilə yanaşı, oğlu, 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızı vəfat edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər