Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Sumqayıtda vətəndaşlarla görüşüb – FOTO

666

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bu gün Sumqayıt şəhərində vətəndaşların qəbulunu keçirib. «APA-Economics»in xəbər verdiyi kimi, qəbulda Sumqayıt şəhəri, habelə Abşeron və Xızı rayonlarından olan pensiyaçıların müraciətlərində baxılıb.

Təxminən 20 vətəndaşdan daxil olan müraciətlərin əksəriyyəti Azərbaycanda pensiyaçılar üçün tibbi sığortanın olmamasına aid olub. Ümumilikdə, pensiyaçılar ölkədə icbari tibbi sığortanın zəif inkişaf etməsindən və onun pensiyaçılara ümumiyyətlə tətbiq olunamasından narazıdır. Bundan əlavə, qəbulda həmçinin bir sıra vətəndaşın şəxsi problemlərinə də baxılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər