Azərbaycana məxsus beynəlxalq sosial şəbəkə yaradıldı

577

http://www.butalife.com/ ünvanında yerləşən sosial şəbəkə artıq internet istifadəçilərinin ixtiyarına verilib.www.azerbaijans.com saytının təqdim etdiyi yeni sosial şəbəkə layihəsi bir çox funksiyaları özündə cəmləyir.

Sosial şəbəkəyə üzv olan şəxslər yaşına, ölkəsinə, adına, təhsil aldığı məktəbə və uyğun açar sözlərə görə digər üzvləri axtarıb və dostluq təklifi göndərə biləcək. İstifadəçilər özləri status, şəkil, video, musiqi paylaşmaqla yanaşı, təqdim olunan digər paylaşımları da kateqoriyalar üzrə asanlıqla izləyə biləcəklər.

Fərdi səhifə, sorğu və test banklarının yaradılması ilə yanaşı, sosial şəbəkədə istifadəçilərin yazılarını paylaşması üçün bloq və ya müxtəlif mövzular ətrafında müzakirələr aparması üçün forum fəaliyyət göstərir.

İstifadəçilər saytı tərk etmədən televiziyaları, məşhur xəbər agentliklərinin ən son xəbərlərini online izləyə biləcəklər.

Qeyd edək ki, www.butalife.com layihəsi “azerbaijans.com” saytının ideya müəllifi və qurucusu İlham Abduyevin təşəbbüsü ilə həyata keçirilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər