Azərbaycanda ilk mobil sosial şəbəkə yaradıldı

961

saytAzərbaycanda gün keçdikcə internet saytlarının sayı artmasına baxmayaraq mobil saytlar sırasında ciddi və maraqlı layihələrə rastlamaq artıq çətinləşmişdi. Hər kəs tərəfindən çoxdandır arzu edilən Azərbaycanın ilk mobil sosial şəbəkəsi ( http://mysmile.biz ) artıq istifadəçilərin ixtiyarına verilmişdir.

MySmile mobil dünyada sakinlərini öz platformunda cəmləşdirməklə yanaşı, həm də digər saytlardan fərqli olaraq sosial şəbəkə sisteminə və daha geniş imkanlara malikdir.

İstifadəçi gözü ilə ilk olaraq http://mysmile.biz -i incələməyə qərar verdik. İlk növbədə qeydiyyatdan keçib saytın dərinliklərinə irəlilədikcə daha da heyrətə gəldik. Sayt istifadəçiləri virtual aləmin imkanlarından veb saytda olduğu kimi burda da yararlana bilməkdədirlər.

Onlar gündəlik (bloq) yarada bilər, tanışlıqda yeni insanlarla ünsiyyət qura bilər, arzu edərsə forumda müzakirələr apara bilər, mobil söhbət sisteminə qoşula bilərlər. Ayrıca anket, xəbərlər, mobil yükləmələr, mesaj lövhəsi, oyunlar bölməsi ilə geniş xidmət sahəsi olan saytın ən çox diqqətimizi çəkən bölməsindən biri də Virtual Şəhər bölməsi oldu.

Bəli, şəhər amma ki, virtual formada. Eynilə şəhərimizdə yer alan hər növ fəaliyyəti mobil dünyada yaşaya bilirsiniz. Belə ki, gündəlik ehtiyaclar üçün bölmələr, bank, nigah, əyləncə məkanları, alış-veriş mərkəzləri, qruplaşmalarla mübarizələr və s. bunun kimi çoxlu bölmə var. Bu virtual imkanlardan istifadə etdikcə böyük zövq aldığımı bildirmək istərdim.

Siz balansınızdakı balları bank bölməsində virtual pula çevirə bilər və virtual şəhərin arzu etdiyiniz imkanlarından çox asanlıqla yararlana bilərsiniz. Arzu etsəniz telefon, maşın, ev və s. əşyalar ala bilər, səyahətə gedə bilər və ya intellektual oyunlar oynayaraq qalib gəldiyiniz zaman balınızı artıra bilərsiniz.

Sayt rəhbərləri Rəşad Əliyev və Fuad Heydərov saytın hələ başlanğıc üçün belə imkanlar sahib olduğunu ancaq bunun belə qalmayacağını və tezliklə daha da yeni bölmələrinin istifadəyə veriləcəyi barədə məlumatlar verməsi Azərbaycan mobil saytlar sırasına çox iddialı bir layihənin girdiyinin açıq xəbərçisidir.

Biz də öz növbəmizdə http://mysmile.biz layihəsinə müvəffəqiyyətlər arzulayırıq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər