“Azərbaycanda iş yerlərinin çox olmasına görə xaricdən ölkəyə işçilər dəvət edəcəyik” — MİLLƏT VƏKİLİ

3494
“Azərbaycanda işsizlik problemi demək olar ki, qalmayıb. Ölkəmizdə işsizliyin səviyyəsi 5 faizdən aşağıdır”.

Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Aydın Hüseynov bildirib.

A.Hüseynov deyib ki, Azərbaycanda iş yerlərinin sayı ildən-ilə daga da artır:

“Əgər kimsə hesab edirsə ki, Azərbaycanda iş yerlərinin sayı azalır, onlar səhv fikirləşirlər. Əksinə, Azərbaycanda iş yerləri daha da çoxalır. Yaxın gələcəkdə bu daha da çox olacaq. Hətta, yaxın gələcəkdə Azərbaycanda işçilərə ehtiyac yaranacağı üçün biz ölkəmizdə əmək bazarına xarici ölkələrdən insanları dəvət edəcəyik. Çünki Azərbaycanda iş yerlərinin sayı getdikcə daha da çoxalır. Azərbaycanda dünya əhəmiyyətli layihələr həyata keçirilir, böyük işlıər görülür. Hər bir layihənin arxasında böyük əmək tutumu var. Ona görə də bu qədər iri layihələrin həyata keçirilməsi həm də yüksək maaşlı iş yerlərinin yaradılması deməkdir”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca istiqaməti Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasıdır:

“Sosial rifahın yaxşılaşdırılması isə həm də insanların işlə təmin olunması deməkdir. Azərbaycanda işsizlik probleminin tamamilə aradan qaldırılması cənab Prezidentimizin siyasətidir. Bu səbəbdən də hazırda Azərbaycanda işsizliyin səviyyəsi 5 faizdən aşağıdır. Yaxın gələcəkdə Azərbaycanda işsizlik problemi tamamilə aradan qaldırılacaq”.

A.Hüseynov bildirib ki, indi Azərbaycan logistika mərkəzinə çevrilməkdədir:

“Ələt Azad Ticarət Zonasının tikintisi və Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı ilə əlaqədar olaraq yaxın gələcəkdə minlərlə yeni iş yerləri yaradılacaq. Bu gün dövlətin apardığı siyasət nəticəsində Azərbaycanda qeyri-neft sektoru, o cümlədən turizm və kənd təsərrüfatı sahələri sürətlə inkişaf edir, insanlar üçün yeni iş yerləri ayardılır. Artıq Azərbaycan bir çox xarici dövlətlərə kənd təsərrüfatı məhsulları ixrac edir, regionlarda sənaye mərkəzləri fəaliyyət göstərir. Bütün bu işlər ildən-ilə daha da böyüyür. Təbii ki, bütün bunlar yeni iş yerləridir və insanlarımız orada çalışaraq yüksək məvacib alırlar”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər