Cari ilin may ayında qeydiyyat orqanlarında 1 615 nikah qeydə alınıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.
Nikah daha çox nazirliyin Şəmkir, Tovuz və Beyləqan rayonlarında, habelə Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələrində qeydə alıb.