Azərbaycanın Sumqayıt şəhərində Tarix Muzeyi istifadəyə veriləcək

904

Azərbaycanın Sumqayıt şəhərində Tarixi Muzeyi istifadəyə veriləcək. Bu barədə cümə axşamı Sumqayıt Şəhər İcra Hakimiyyətindən biıldiriblər.

“Muzeydə aparılan müasir üslubda əsaslı təmir və yenidənqurma işləri başa çatıb, yeni ekspozisiyaların müasir texniki vasitələrdən istifadə etməklə tərtibatı, iş yerlərinin müasir avadanlıqlarla təminatı ilə bağlı işlər yekunlaşmaq üzrədir”, – məlumatda bildirilir.

Muzeydə yeni ekspozisiyanın tərtibat işləri, avadanlıq hazırlanması, xüsusi işıqlandırma işləri aparılır, muzeyin mövzu-ekspozisiya planına əsasən muzey əşyalarının yerləşdirilməsi işi görülür. Hazırda tərtib olunan yeni ekspozisiya mətninin hazırlanması işi aparılır.

Sumqayıtın Tarix Muzeyinin əsas mövzu strukturu və xronoloji çərçivəsi XX əsrin 30-cu illərindən başlayaraq, müasir dövrə qədər vaxtı əhatə edir. Muzeyin fondunda 15 000-dən artıq eksponat mövcuddur.

Sumqayıt paytaxt Bakıdan 35 kilometr məsafədə yerləşir.

Məlumat TREND İnformasiya agentliyindən götürülmüşdür. (www.trend.az)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər