«Azərikimya» İB-nin Almaniyanın GİCON firması ilə əməkdaşlığı uğurla davam etdirilir

944

«Azərikimya» İstehsalat Birliyinin «Kimyalayihə» İnstitutunda Sumqayıtın kimya müəssisələrinin çirkləndirilmiş ərazilərinin təmizlənmə konsepsiyasının hazırlanması planına uyğun olaraq görülmüş işlərə baxış keçirilməsi və çirklən­dirilmiş ərazilər haqqında məlumat bazasının yaradılması məqsədilə Almaniyanın GİCON firmasının nümayəndələri ilə növbəti müzaki­rələr aparılmışdır.

Müzakirələrdə GİCON şirkətinin mütəxəssisləri Bernd Schreiber və Jana Ziemer, Sumqayıt şəhəri üzrə ekspert Hartmut Junge və layihə bürosunun rəhbəri Səkinə Məhərrəmova iştirak etmişlər.

Ötən ilin sentyabrında «Azərikimya» İB-də «Çirkləndirilmiş əra­zilərdə təhlükə risk­lərinin qiymətləndirilməsi» mövzusunda 3 günlük konfrans ke­çi­rilmiş, Birlik və Alma­ni­yanın GİCON şirkəti arasında PPP (İctimai Özəl Əmək­daşlıq) layihəsi çərçi­vəsində 2 illik saziş imza­lamışlar.

1994-cü ildən fəaliyyət göstərən Almaniya şirkəti dünyanın bir çox ölkələrində resurs­ların işlə­dilməsi, enerji sərfi və xammalın hasilatında davamlılıq, ətraf mühitlə qayğı­keş mü­na­si­bət yaradılması, həyat səviyyəsinin yaxşılaşdırılması, həmçinin texno­gen risklərin azaldıl­ması istiqa­mətində müştərilərinə qüsursuz xidmət göstərir.

Alman mütəxəssisləri bir həftə ərzində «Azərikimya» İB-nin müəssisələrində olmuş, Etilen-polietilen zavodunun rəhbərliyi və ekologiya üzrə mütəxəssisləri ilə birgə müəs­sisə ərazisində ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar bütün istehsalat sahələrində müşahidə-tədqiqat işləri aparmış və iki istiqamət üzrə – çirklənmiş ərazilər və zərərli sənaye tullantıları haqqında məlumat toplamışlar.

GİCON-un nümayəndələri ilkin olaraq Etilen-polietilen zavodunda fəaliyyəti dayan­dırılmış butadien istehsalatının ərazisi üzrə müvafiq məlumat toplusunu hazırlayaraq Birliyə təqdim etmiş­lər.  Bu işin davamı olaraq alman mütəxəssisləri müqavilə müddəti ərzində toplanmış bütün ilkin məlumatlar əsasında çirklənmiş ərazilərin kadastrını hazırlayacaq və görüləcək tədbirlər planını tərtib edəcəklər. Sonrakı mərhələlərdə işləri «Azərikimya» İB-nin mütəxəssisləri davam etdirə­cəklər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər