“Azərikimya” İB-nin Etilen-polietilen zavodu əsaslı təmirə dayandırılıb

791

ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodu əsaslı təmirə dayandırılmışdır. Sentyabrın əvvəllərinədək davam edəcək təmir zamanı müəssisənin bütün texnoloji, mexaniki və elektrik avadanlığı, həmçinin avtomatika sistemi əsaslı təmir olunacaqdır. Ötən ilin yayında qurğu və avadanlıqların daha mükəmməl və keyfiyyətli təmiri üzrə geniş təcrübə qazanmış Birlik kollektivi müəssisənin istehsalat sahələrində təmir işlərini daha səmərəli və keyfiyyətlə başa çatdırmağı nəzərdə tutmuşdur. Bu məqsədlə Birliyin bütün müəssisələrinin, həmçinin Mexaniki-təmir zavodunun, Təmir-tikinti və Nəqliyyat idarələrinin ixtisaslaşmış təmir briqadaları təmir işinə cəlb edilmişdir. Avadanlıqların bərpa üçün sökülməsinə və təmir olunaraq, yenidən quraşdırılması işlərinə 50-ə qədər maşın və xüsusi texnika yönəldilmişdir. Əvvəlki illərdən fərqli olaraq bu il texnoloji qurğu və avadanlıqların bir çox əsas hissələri xarici istehsalçı-müəssisələrdə yenidən hazırlanacaqdır

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər