«Azərikimya» istehsalı 30% artırıb

961

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyi müəssisələrdə bərpa işlərini davam etdirmək üçün Azərbaycan Beynəlxalq Bankından 40 mln. manata qədər kredit cəlb etmək niyyətindədir. Bu barədə jurnalistlərə «Azərkimya»nın rəhbəri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, bu məbləğdə kredit artıq bir dəfə, iki il əvvəl müəssisə ARDNŞ-ın tərkibinə veriləndən sonra istehsalın bərpası məqsədilə cəlb edilib. Amma müəssisəyə yatırılan investisiyalar bununla bitməyib: «Çünki bu dövr ərzində müəssisənin əldə etdiyi gəlirlər də yenidən istehsalın bərpasına yönəldilib».

Görülən işlər nəticəsində 2011-ci ildə məhsul istehsalı 30%-ə yaxın artıb, bəzi məhsullar üzrə artım isə 40%-i keçib. Bir qədər əvvəl Sumqayıtda karbamid zavodunun tikintisinə başlanıb. İldə 650 min ton azot və karbamid gübrəsi istehsal edəcək zavodun məhsulları yerli aqrar kompleksi keyfiyyətli gübrə ilə təmin etmək gücündə olacaq, eləcə də müəssisənin məhsulları xaricə ixrac ediləcək. Paralel olaraq müəssisədə qənaət proqramı həyata keçirilir və yalnız 2011-ci ildə bu proqram çərçivəsində ildə 1,8 mln. manata qənaət olunub. Ümumilikdə son iki ildə görülən işlər burda məhsulların maya dəyərini 33,5% aşağı salmağa imkan verib. Bu dövrdə «Azərkimya»nın əməkdaşlarını maaşları 2 dəfədən çox artaraq 2010-cu ildəki 204 manatdan 2012-ci ildə 457 manata qalxıb.

Müəssisənin istehsal etdiyi məhsulların 92%-in ixrac edildiyini bildirən M.Babayevin sözlərinə görə, məhsulları MDB ölkələri ilə yanaşı, ABŞ, İtaliya, Rumıniya, Bolqarıstan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İraq, Çin, İsveç və digər ölkələrə göndərilib. İxrac olunan məhsulların böyük hissəsinin xammal olduğunu deyən «Azərikimya» rəhbəri bildirib ki, qarşıdakı illərdə həyata keçiriləcək əsas işlər hazır məhsulların ölkədə istehsalına nail olmaqdır.

APA.AZ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər