“Azərikimya”da Almaniya şirkətinin nümayəndələri ilə görüş keçirilib

608

 

 

 

 

 

 

 

 

 

 

Almaniyanın «McKinsey&Company» şirkətinin Azərbaycan nümayəndəliyinin əmək­daş­ları ilə görüş zamanı ilkin olaraq qonaqlara ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin strukturu, istehsalat fəaliyyəti və perspektiv inkişaf planları, o cümlədən Sumqayıtda inşasına başlanılan, çoxşaxəli və unikal istehsalat sahələrinə malik olacaq Kimya Sənaye Parkı və Karbamid (azot gübrəsi) zavodu haqqında geniş məlumat verilmişdir.

Görüşdə Qaradağda inşa edilməkdə olan Yeni neft-qaz və neft-kimya Kompleksinin (NQNK) iqtisadi səmərəliliyinin artırılması, Türkiyənin   PETKİM şirkəti və STAR layihəsi ilə inteqrasiya imkanlarının, habelə maliyyə, satış bazarı, kommersiya risklərinin araşdırılması və digər məsələlərlə bağlı təkliflərin hazırlanmasında iştirak etməli olan Almaniya şirkəti nümayəndələrini maraqlandıran bir sıra suallara cavab verilmişdir. ARDNŞ-in neft-kimya bazarlarında cari vəziyyəti və prioritetləri,  dünyanın neft-kimya bazarlarında Azərbaycanın bugünkü mövqeyi və gələcəkdə xüsusi çəkisinin artırılması,   regionda neft emalı və neft kimya bazarlarında «Azərikimya» məhsullarına  tələbatın gözlənilən həcmi, onların dünya bazarlarına səmərəli çıxışı ilə bağlı logistika planları və digər məsələlər də müzakirə mövzusu olmuşdur.

Avropa, Asiya, o cümlədən Türkiyə və MDB ölkələri kimi ixrac bazarlarında Yeni neft-qaz və neft-kimya Kompleksi məhsullarının rəqabətliliyinin təmin olunması məsələsi də diqqətlə araşdırılmış, müvafiq təkliflər irəli sürülmüşdür.

Tərəflər bu cür işgüzar görüşlərin davam etdirilməsini qərara almışlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər