«Azərikimya»nın idmançıları uğur qazanıb

580

“Azərikimya” İstehsalat Birliyinin (İB) gənc idmançıları Nabranda səmtləşmə idmanı üzrə iki gün da­vam etmiş Açıq Respublika çempionatında iştirak etmişlər.
AzərTac xəbər verir ki, 20 illik fasilədən sonra ilk dəfə keçirilən çempionatın açılışında Azərbaycanın dövlət himni səslənilmiş, idmançılar dövlət bayrağını qaldırmışdır.
Respublikamızın 30-a qədər idarə və müəssisəsinin, nazirliklərin və ölkənin silahlı qüvvələrinin komandalarının qoşulduğu yarışların təntənəli açılış mərasimində Azərbay­canın İdman Səmtləşməsi Federasiyasının prezidenti Mirəli Kazımov, Fede­rasiyanın Rəyasət heyətinin üzvü, Ukraynanın Azərbaycandakı Fövqəladə və Səlahiy­yətli səfiri Aleksandr Mişenko və digərləri idmançıları bu mühüm idman tədbiri münasi­bətilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Həm komandalar arasında, həm də fərdi birincilik üzrə keçirilən çempionatda yarış iştirakçıları öz yüksək idmançı keyfiyyətlərini nümayiş etdirmişlər. Baş verə biləcək föv­qə­la­də hadisələr zamanı hər bir kəsdə qarşıya çıxa biləcək maneələri müxtəlif yollar və vasitələrlə dəf etmək bacarığı, çətin və mürəkkəb vəziyyətdən qısa bir vaxtda çevikliklə çıxmaq key­fiy­yətləri aşılayan bu yarışlar idmançıların Nabranın meşəlik və çaylarından, çətin relyef­li sahələrindən keçməklə gərgin idman mübarizəsi şəraitində davam etmişdir.
“Azərikimya” İB-nin idmançıları da əsasən peşəkarların qoşulduğu yarışlarda yaxşı nəticələr göstərmişlər. Belə ki, 60-dan artıq qadının qüvvəsini sınadığı fərdi ya­rış­larda birliyin əməkdaşları Amalya Seyidova 9-cu, Sədaqət Abdulova 11-ci, Səbinə Bat­manova isə 14-cü yeri tutmuşlar. 130-dan artıq kişi idmançının fərdi yarışında isə Ramil Şabanov 29-cu olmuşdur. Ətrabə Rzayeva, AzərTac

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər