«Azərikimya»nın Mərkəzi laboratoriyasında yenilik

616

«Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsal edilən kimyəvi məhsulların, o cümlədən xam­mal kimi istifadə olunan ilkin emal benzininin, quru qazın və s. möv­cud texniki standartlar səviyyəsində alınmasında ilkin kimyəvi analizlərin dəqiqliyinin əhəmiyyəti nəzərə alınaraq, bugünlərdə Mərkəzi laboratoriyada Rusiya istehsalı olan, inno­vativ texnologiyalara əsas­lanaraq yaradılmış kompüter sistemli analiz aparatları (xromo­toqraflar) quraşdırılmış və məhsulların fiziki-kimyəvi analizlərinin daha müasir sistemlər əsasında aparılmasına başlanılmışdır.

20 ildən artıq idi ki, istismarda olaraq, mənəvi və fiziki cə­hətdən köhnələrək, günün tələblərinə cavab verməyən analiz avadanlıqları və cihazlarının əvəzində indi 5 yeni kom­püter-xromotoqraf kompleksi quraşdı­rılmışdır ki, onların vasitəsilə innovativ texnologiyalar əsasında etilenin, propilenin, butilen-butadien fraksiyasının, maye piroliz qətranının, mütləq izopropil spirtinin və digər kimyəvi məhsul­ların tam və dəqiq fiziki-kimyəvi analizləri apa­rılır. Yeni texnologiyalı kompüter-xromotoqraflar əvvəllər texniki təchizatı zəif olan Mərkəzi laboratoriyada aparılması mümkün olmayan, digər müəs­sisələrdə yerinə yetirilən kimyəvi analizlərin də indi bilava­sitə burada həyata keçirilməsinə imkan yaratmışdır.

Əvvəlki ənənəvi analiz metodlarından fərqli olan mütərəqqi texnologiyalar əsa­sında aparılan, xüsusi bilik və hazırlıq tələb edən metodlar üzrə işləməyi bacaran mühən­dis-texniki işçilərin hazırlanması məqsədilə xromotoqrafların istehsal edildiyi «Xromotek» Qapalı Səhmdar Cəmiyyətinin Yoşkar-Ola şəhərindəki Xüsusi konstruktor Bürosundan mütəxəssis dəvət edilmiş və yeni xromotoqraflarda işləyəcək mühəndis və laborantlarla treninqlər keçirilmişdir. İstehsalçı müəssisənin nümayəndəsinin bildirdiyinə görə, «Azəri­kim­ya»da Mərkəzi laboratoriyanın müasir texnologiyalar əsasında yenidən qurulma­sına xüsusi diqqət yeti­ril­diyindən ilk elektron tipli xromotoqrafların quraşdırılması və sazlan­ma işləri müəs­sisənin mütəxəssisləri ilə birgə, həm də qısa bir zamanda uğurla başa çatdırıl­mışdır. Hazırda zavodun mütəxəssisləri və laborantları lazımi analiz əməliy­yatlarını sərbəst şəkildə və tam dəqiqliklə yerinə yetirirlər.

İstehsalatda və bütün köməkçi sahələrdə elmin son nailiyyətləri olan mütərəqqi texno­logiyalar əsasında yeniləşmə və müasirləşmə prosesinin davamı olaraq Mərkəzi labora­toriya üçün daha bir neçə komplekt yeni xromotoqrafın alınaraq istifadəyə verilməsi nəzər­də tutulmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər