Bakı-Sumqayıt avtobusları avtovağzaldan-avtovağzala hərəkət edəcəklər – YENİLİK

975

Sumqayıt şəhərində qanunsuz sərnişin daşıma ilə məşğul olan sürücülərə qarşı tədbirlər görüləcək.

Sumqayitxeber.com xəbər verir ki, yaxın günlərdən etibarən Bakı-Sumqayıt istiqamətində sərnişindaşıma xidməti mərkəzləşmiş qaydada həyata keçiriləcək. Belə ki, Bakı-Sumqayıt-Bakı istiqamətinə hərəkət edən bütün avtobuslar  avtovağzaldan-avtovağzala hərəkət edəcəklər.

Şəhərin müxtəlif yerlərindən (Bakı küçəsi, 3-cü mikrorayon ərazisində yerləşən 12 mərtəbəli binaların yan tərəfində, Sülh küçəsi “Sputnik” adlanan magazanın qarşısında, 111 nömrəli trafaretlə C.Məmmədquluzadə və S.Vurgun küçələrinin kəsişməsində yerləşən “Dörd qardaş” sadlıq sarayının qarşısında, 14 nömrəli trafaretlə 9-cu mikrorayon ərazisində Ü.Hacıbəyov və Koroğlu küçələrinin kəsişməsində, SDU-nun 1-ci və 2-ci korpus binalarının qarşısında) hərəkət edən orta və kiçik tutumlu avtobus və mikroavtobuslar Sumqayıt avtovağzalından yola çıxacaqlar.

Qeyd edək ki, Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanınaəsasən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradılıb. Sumqayıt şəhərinin inzibati ərazisində “Pilot layihə” çərçivəsində sərnişin daşınmasının inkişafı sahəsində tədbirlər görülməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektləri tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşımanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər