Bakı-Sumqayıt yolu niyə bağlandı?

3036

Bağdan işə gələn məmurlar tıxaca görə yol kəsməklə məşğuldur

Bakı-Sumqayıt yolunda qəribə mənzərə yaranıb. Artıq 4 gündür ki, səhər saatlarında dövlət yol polisləri heç bir əsas olmadan Bakı-Sumqayıt magistralını birbaşa iki saat bağlayır. “OLAYLAR”ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, səhər saat 08:30 radələrindən bağlanan magistral yol bir də saat 10:00-da açılır. Nəticədə yolda həddindən artıq avtomobil tıxaclarpı yaranır. Abşeron rayon Dövlət Yol Polisi əməkdaşları sürücüləri yolun ortasında saxlayaraq Bakı istiqamətinə hərəkət etməyə imkan vermir. Yol polisləri işə gecikdiyi üçün narazılıq edən sürücülərə isə protokol yazır. Polislər bildirirlər ki, həmin vaxtlarda Azərbaycanın yüksək rütbəli məmurları Novxanıdakı bağ evindən işə gəldiyi üçün yollar bağlanır. Polislərə bu barədə isə Respublika Baş Dövlət Yol Polisi İdarəsindən tapşırıq verilib. Elə buna görə də, idarə yol polislərinə magistral yolu bağlamaq və sürücüləri 2 saata yaxın yolda saxlamaq tapşırığı verib. Yolun son vaxtlarda bağlanmasının da səbəbi aydındır. Polislər bildiriblər ki, Bakı Dairəvi Yolu-1 layihəsilə bağlı aparılan tikinti işləri ilə əlaqədar yolun bir hissəsinin müvəqqəti bağlanması şəhərə giriş istiqamətində avtomobil tıxacları yaradıb. Bir neçə gün əvvəl isə bağdan gələn məmurlar həmin tıxacda gözləməli olub. Elə bu gözləmə də məmurlar qəzəbləndirib. Problemi aradan qaldırmaq üçün məmurlar birbaşa yolu bağlamaq tapşırığı verib. Elə həmin tapşırıqdan sonra da yollar məmurların işə getdiyi vaxt bağlanır. Nəticədə səhər saatlarında işə tələsən sürücü və sərnişinlərin əsəbləri pozulur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər