Bakı-Sumqayıt yolunda qəza: ata öldü, ana və 2 körpə ağır yaralandı

577

Ötən gecə Bakı Sümqayıt yolunun 8-ci kilometrliyində 1 nəfərin ölümü 3 nəfərin isə ağır yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Rafiq Əlinin idarə etdiyi “VAZ 2107” markalı avtomaşın yol kənarındakı dəmir çəpərlərə çırpılıb. Zərbənin təsirindən dəmir parçalarının avtomaşının salonuna daxil olması isə oradakı sürücücü və sərnişinlərin ağır xəsarətlər almasına səbəb olub.

Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Maşında olan Rafiq Əlinin həyat yoldaşı Vəfa Ağacanova, həmçinin onların övladları 4 yaşlı Rəvan və 1 yaşlı Şamil isə ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, maşında olan uşaqların həyatı xilas edilsə də, onların vəziyyətləri hələ də ağır olaraq qalır.

Hadisədən sonra əraziyə baş dövlət yol polis idarəsinin əməkdaşları ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də cəlb edilib.

Qəza ilə bağlı baş dövlət yol polis idarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi başlanılıb. Yol nəqliyyat hadisəsinin baş vermə səbəblərinə istintaqın gedişi zamanı aydınlıq gətiriləcək. mənbə: AnsPress.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər