Bakı-Sumqayıt yolunda sürət həddi azaldıldı

1115

Bakı-Sumqayıt yolunda sürət həddi azaldıldı. Qeyd edək ki, bu ilin iyul ayında Respublika Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Sumqayıt yolunda sürət həddinin saatda 110 km-ə qaldırmışdı. Bu qərar yolda hərəkətin daha yaxşı nizamlanması məqsədi ilə verilimşdi. Lakin bu günlərdə sürət həddi yenidən saatda 90 km-ə qədər endirilib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev həmin yolda nə səbəbdən sürət həddinin azaldılması barədə qərarın nə üçün qəbul olduğunu bilmədiyini deyib.

İdarədəki digər mənbə isə bildirib ki, yol nəqliyyat hadisələrinin çoxalması ilə əlaqədar sürət həddi aşağı salınıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər