Bakı-Sumqayıt yolunda tıxac

640
Bakı-Sumqayıt yolunun Saray qəsəbəsi ərazisində hava şəraitinin qarlı olması səbəbilə böyük, uzun maşın karvanını xatırladan tıxac yaranıb. SİA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə tıxac səbəbi ilə yollarda avtomobillərin hərəkəti iki saata yaxındır ki, məhdudlaşdırılıb. Qeyd edək ki, sərnişinlər şəhərə çıxmaq üçün özləri alternativ yollar axtarmağa çalışırlar.
Xatırladaq ki, ərazidə hər hansı bir yol polisinə rast gəlinməyib.
İlahə Vəliyeva, sia

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər