Bakı-Sumqayıt yolundakı atışmanın təfərrüatları məlum oldu

1043

İki tanışın mübahisəsi birinin ağır yaralanması ilə nəticələnib

g3o8W9dFBakı-Sumqayıt yolunda baş verən silahlı insidentin təfərrüatları məlum olub. Bu barədə Lent.az-a Abşeron Rayon Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, iyunun 7-də axşam saatlarında Bakı-Sumqayıt yolunun 18-ci kilometrliyində qeydə alınıb. İki tanışının arasında baş verən mübahisə onlardan birinin yaralanması ilə nəticələnib. Belə ki, insident nəticəsində 30 yaşlı Samir İsmayılov ağır yaralanıb.Aparılan araşdırmalar nəticəsində hadisəni törədən 1986-cı il təvəllüdlü Cabbarov Oqtay Məmməd oğlu iyunun 8-də tutularaq istintaqa təhvil verilib. O.Cabbarovun S. İsmayılovu aralarında yaranmış münaqişə nəticəsində tüfənglə vurduğu məlum olub.
İlkin dindirmə zamanı müəyyən edilib ki, aralarında münaqişənin yaranmasına səbəb S.İsmayılovun O. Cabbarova atmaca atması olub. Hər iki şəxs avtomobillərinə oturaraq söhbəti çürütmək qərarına gəlib. Xırdalan yolunda “Hammer” və “Lexus” markalı avtomobillərini yol kənarına çəkən tanışların mübahisələri daha da qızışıb. O.Cabbarov maşının yük yerindən tüfəngi götürərək S.İsmayılova iki dəfə atəş açıb və hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Fərid Əkbərov, LENT.AZ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər