Bakı və Sumqayıt şəhərlərinə verilən suyun keyfiyyəti dünya standartlarına uyğunlaşdırılacaq

680

Bu məqsədlə Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksinin ərazisində ultrasüzgəcli texnologiyasına əsaslanan müasir sutəmizləyici qurğu tikiləcək.

Sentyabrın 8-də Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksinin 50 illiyi ilə bağlı yığıncaq keçirilib. AzərTAc-ın məlumatına görə, tədbirdə “Azərsu” ASC-nin sədriQorxmaz Hüseynov kompleksin fəaliyyəti barədə ətraflı məlumat verib. O, bildirib ki, Bakı və Sumqayıt şəhərlərinə verilən suyun keyfiyyət göstəricilərinin dünya standartlarına uyğunlaşdırılması məqsədi ilə Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksinin ərazisində ultrasüzgəcli texnologiyasına əsaslanan müasir sutəmizləyici qurğu tikiləcək. Məhsuldarlığı saniyədə altı kubmetr olacaq bu qurğu əhalinin su ilə fasiləsiz təmin olunmasına xidmət edəcək. Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Cek Li Taran
    Sentyabr 15, 2011 - 15:03

    Bəs hazırda Bakı və Sumqayıt şəhərlərinə verilən suyun keyfiyyəti hansı standartlara uyğundur?

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər