Bakıda Birinci Milli Layihə Menecmenti Forumu keçirilir

1303

Bakıda Birinci Milli Layihə Menecmenti Forumu keçirilir.

Tədbir ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycan Layihə Menecmenti Assosiasiyasının prezidenti İqbal Babayev dünyada və Azərbaycanda layihə menecerləri ilə bağlı məlumat verib. Bildirib ki, ilk dəfə keçirilən bu forumun hər il davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərli, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı və Milli Məclisin deputatı Tahir Mirkişili iştirak edir.

Tədbir öz işini panel iclaslarla davam edəcək. Birinci panel iclasda “Azərbaycanda korporativ sektorda layihələrin idarə edilməsi üzrə praktik təcrübə”, ikinci panel iclasda isə “Layihələrin idarə edilməsində beynəlxalq standartlar” mövzusunda keçiriləcək. “AZƏRTAC “

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər